Qəhvəni belə içmək daha faydalıdır
Mütəxəssislər bildirirlər ki, qəhvəyə yarım çay qaşığı zərdəçal əlavə etmək içkinin faydasını artıra bilər.
TodayPress TV xəbər verir ki, qəhvə ilə zərdəçal birlikdə maddələr mübadiləsini sürətləndirə, həzmə kömək edə və oynaq sağlamlığına müsbət təsir göstərə bilər. Zərdəçalın tərkibində olan kurkumin təbii iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Mütəxəssislər bildirirlər ki, zərdəçallı qəhvəyə az miqdarda qara istiot əlavə etmək kurkuminin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.
Lakin mədə həssaslığı, xora, qıcqırma problemi olanlar, öd daşı xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar və qan durulaşdırıcı dərman qəbul edənlər bu içkini ehtiyatla istifadə etməlidirlər.