Bakıda iki sərnişin avtobusu toqquşdu - Xəsarət alanlar var

Bakıda iki sərnişin avtobusu toqquşdu -  Xəsarət alanlar var
19.05.2025 23:50 Sosial

Paytaxtın Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

TodayPress TV "Apa"ya istinadən xəbər verir ki, hadisə 131 və 189 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. Toqquşma nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər