Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü

Siyasət

28.05.2025 09:58

5

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.

tag: Türkiyə,Ərdoğan,Azərbaycan,Səfər,Todaypress.tv,