Şri-Lanka XİN Azərbaycanı təbrik etdi
Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq", - paylaşımda bildirilib.
tag: Şri-Lanka,XİN,Təbrik,28 May,Todaypress.tv,