Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

20.05.2025 14:49

6

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, mətndə deyilir:   

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. 

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. 

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. 

Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".

tag: Prezident,İlham Əliyev,Səudiyyə,Təbrik,Todaypress.tv,