Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

20.05.2025 15:16

8

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin milli bayramı münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. 

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram".

tag: ,