San-Marino Kapitan-Regentləri Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

29.05.2025 20:10

5

San-Marino Respublikasının Kapitan-Regentləri Denise Bronzetti və İtalo Riqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV  xəbər verir ki, mətubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayırıq".

tag: San-Marino, İlham Əliyev, Müstəqil,Kapitan-Regentləri Denise Bronzetti , todaypress.tv,