Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırdı

Siyasət

18.05.2025 22:30

11

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimində Azərbaycanı  Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

tag: Sahibə Qafarova,Roma,Vatikan,Roma Papası,todaypress.tv,