Şahbaz Şərif: "İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum''
"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".
TodayPress TV xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.
"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.
tag: İlham Əliyev, Prezident, Laçın, Pezeşkian, Hindistan, todaypress.tv,