Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - YENİLƏNDİ

Siyasət

27.05.2025 15:45

12

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. 

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısını salamlayan sakinlər dedilər:

Xoş gəlmisiniz, cənab Prezident. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük. 

Prezident İlham Əliyev: Salam, necəsiniz? 

Sakin: Çox sağ olun. 

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi? 

Sakin: Bəli, birinci gələnlərdənik. 

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək? 

Prezident İlham Əliyev: Olar, çəkdirək. 

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır. 

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var? 

Sakin: Beş. 

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var. 

Sakin: Bəli, bəli. 

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız? 

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu. 

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq. 

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən. 

Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa. 

Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya. 

Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin. 

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır? 

Sakin: Bəli, əladır, çox gözəldir. 

Prezident İlham Əliyev: Həyətyanı sahə var? 

Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident. 

Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm. 

Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

***

14:07

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

tag: Prezident,İlham Əliyev,Laçın,Sakinlər,Görüş,Todaypress.tv,

photo
photo
photo
photo
photo