Paşinyan: "Konstitusiya Məhkəməsi Bakı ilə sülh sazişini təsdiqləməsə..."
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanla imzalanması planlaşdırılan sülh sazişini təsdiqləməsə, o, Ermənistanın əsas qanununa dəyişiklikləri şəxsən təşəbbüs irəli sürəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Sülh sazişinin həyata keçməsi üçün hüquqi əsaslar yaradılmalıdır. Əgər Konstitusiya Məhkəməsi sənədi təsdiqləməsə, mən şəxsən konstitusiyaya dəyişikliklərin edilməsini təklifini irəli sürəcəyəm” deyə o bildirib.
Töhfə Səməd
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,todaypress.az,