Malayziya səfirliyi Azərbaycanı təbrik etdi

Siyasət

28.05.2025 12:41

3

Malayziyanın Azərbaycandakı Səfirliyi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ölkə hökumətini və xalqını səmimi-qəlbdən təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Malayziyanın Bakıdakı səfirliyi 28 May tarixində qeyd olunan Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərini və xoş arzularını çatdırır.

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü münasibətilə sülh, rifah və tərəqqi diləyirik”, - deyə paylaşımda bildirilib.

Töhfə Səməd

tag: Malayziya,Səfirlik,Azərbaycan,Təbrik,Todaypress.tv,