Kallas Prezident İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışladı

Siyasət

27.05.2025 18:37

5

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “Evinə xoş gəldin, Teqo Klerk" başlığı ilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.

“Onun Azərbaycandan azad olunması sakit diplomatiya və qarşılıqlı hörmətə əsaslanan yanaşmanın nəyə qadir olduğunu göstərdi”, - Kallas əlavə edib.

O diqqətə çatdırıb ki, Teqo Klerkin həbsinin sona çatmasından məmnundur və xaricdəki vətəndaşlarını dəstəkləmək üçün fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı Teqo Klerk ötən gün əfv edilib.

tag: Avropa İttifaqı , Avropa Komissiyası,Kaya Kallas,Teqo Klerk,İlham Əliyev,todaypress.tv,

photo