İsveç Kralı Prezident İlham Əliyevi təbrik etdi
İsveçin Kralı XVI Karl Qustavdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
TodayPress TV xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
tag: Prezident,İlham Əliyev,İsveç Kralı,Təbrik,Todaypress.tv,