İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.
"İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər" deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.
tag: Səfirlik,Bayraq,Enmə,İsrail,Todaypress.tv,