İspaniya Kralı Azərbaycan liderini təbrik etdi
İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress TV xəbər verir ki, mətndə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".
tag: Prezident,İlham Əliyev,İspaniya,Təbrik,Todaypress.tv,