İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət

29.05.2025 15:14

7

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

"Zati aliləri

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. 

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!".

tag: Prezident,İlham Əliyev,28 May,Təbrik,Todaypress.tv,