İordaniya səfirliyi: Azərbaycan xalqına davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Al Nahar və səfirlik Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir.
TodayPress TV xəbər verir ki, səfirliyin təbrik mesajında yazılıb:
"Bu əlamətdar gün Azərbaycan xalqının milli həmrəyliyini, müstəqillik yolundakı qətiyyətini və zəngin mədəni irsini təcəssüm etdirir". Həmçinin İordaniya tərəfi Azərbaycan Respublikasına və onun əziz xalqına davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Töhfə Səməd
tag: İordoniya,Səfirlik,Təbrik,Azərbaycan,Todaypress.tv,