Hikmət Hacıyev Laçından görüntülər paylaşdı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından paylaşım edib.
TodayPress TV xəbər verir ki, paylaşımda deyilir:
"Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün - Azərbaycanın Müstəqillik Günündə - qürurla üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!"
tag: Hikmət Hacıyev,Laçın,X,Paylaşım,Todaypress.tv,