Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər dəhliz yollarının və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
tag: Hikmət Hacıyev,Tehran,Əli Əkbər Əhmədian,İran,todaypress.tv,