Finlandiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
TodayPress TV xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
tag: Prezident,İlham Əliyev,28 may,Təbrik,Todaypress.tv,