Ermənistandakı Rusiya hərbi bazası BAĞLANIR? – “Rəsmi Bakı təkid etsə...”

Siyasət

20.05.2025 14:00

107

“Azərbaycan Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın çıxarılması ilə bağlı təkid etsə, Ermənistan məsələni Rusiya qarşısında qaldırmağa məcbur olacaq”.

Politoloq Akif Nağı bunu TodayPress TV-ə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında razılaşdırılan sülh mətni mətbuata əks olunmayıb:

“Azərbaycan tərəfinin əvvəlcədən şərti o idi ki, Azərbaycan-Ermənistan şərti sərhəddində hansısa 3-cü ölkənin hərbi qüvvələri olmamalıdır. Ermənistanın ərazisində hər hansı başqa ölkənin hərbi bazası olursa, bu, Azərbaycanın maraqlarına cavab vermir. Ermənilər buna qarşı çıxırdılar. Ola bilər ki, bu məsələ də artıq razılaşdırılıb. Hələki rəsmi açıqlama olmasa da, həmin məsələ gec-tez qaldırılacaq. Rusiyanın hərbi bazasının oradan çıxarılması müəyyən mənada Ermənistanın özünə də sərf edir. Amma Rusiya ilə Ermənistan arasında imzalanan müqavilənin 2044-cü ilə qədər vaxtı var. Hərbi baza həmin tarixə qədər orda qalmalıdır. İndi bunu hüquqi cəhətdən həll edəcəklər, Rusiya könüllü şəkildə çıxacaq, yoxsa Ermənistan tərəfdən hansısa təzyiq olacaq, bu, məlum deyil. Rusiya mətbuatında gedən xəbərlərdən də bəlli olur ki, ruslar buna qıcıqlanırlar”. 

Ekspertin fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri üçün də ciddi əsas yoxdur. A. Nağı düşünür ki, səfər əsnasında müzakirə oluanacaq əsas məsələ bu olacaq:

“Rusiya öz mövqeyini müdafiə etməyə çalışacaq. Burada Azərbaycan faktoru da önəmlidir. Əgər Azərbaycan Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın çıxarılması ilə bağlı təkid etsə, Ermənistan məsələni Rusiya qarşısında qaldırmağa məcbur olacaq”.

Qeyd edək ki, Ermənistanın "Hraparak” nəşrinin yazdığına görə, Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra fəaliyyətini dayandıra bilər. 

Qiymət Mahir

tag: Akif Nağı,Politoloq,Rusiya,Ermənistan,Todaypress.tv,

photo