Bolqarıstan XİN Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi
Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bolqarıstan 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir", - paylaşımda vurğulanıb.
tag: Bolqarıstan,XİN,28 May,Təbrik,Todaypress.tv,