Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 may - Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.
TodayPress TV xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!
Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!"
tag: Mehriban Əliyeva,Paylaşım,28 May,Müstəqillik,Todaypress.tv,