Bir sıra ölkələrin hökumət başçıları Əli Əsədovu təbrik etdi
Bir sıra ölkələrin hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Türkiyə Respublikasının vitse-prezidenti, Çin Xalq Respublikasının, Özbəkistan Respublikasının, Qazaxıstan Respublikasının, Belarus Respublikasının, Ukraynanın, Polşa Respublikasının, Çex Respublikasının, Slovakiya Respublikasının, Şimali Makedoniya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının, Malayziyanın hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.
tag: Baş nazir ,Əli Əsədov, Müstəqillik Günü,Təbrik,Todaypress.tv,