Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq müzakirə olundu

Siyasət

24.05.2025 01:34

5

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Bolqarıstan parlamentinin Xarici Siyasət Komitəsinin sədri Yordanka Fandakova ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və iki ölkə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

tag: Azərbaycan, Bolqarıstan, Səfir, Əməkdaşlıq, todaypress.tv,