Azərbaycan XİN İsrailə başsağlığı verdi
"Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk".
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
"Biz qorxu və parçalanma səpmək istəyən bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik" deyə qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
Şübhəli bilinən şəxs saxlanılıb.
tag: Azərbaycan,XİN,İsrail,Başsağlığı,Todaypress.tv,