Avstraliya General-Qubernatoru Prezident İlham Əliyevə təbrik ünvanladı

Siyasət

20.05.2025 15:05

10

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

tag: Prezident,İlham Əliyev,Avstraliya,Təbrik,Todaypress.tv,